ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin ABŞ limanlarına daxil olmasına qoyulan qadağanı daha bir il müddətinə uzadıb.
Sherg.az xəbər verir ki, bu barədə ABŞ federal hökumət sənədlərinin rəsmi reyestrində dərc olunan bildirişdə qeyd olunub.
Sənəddə bildirilir:
“Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarında lövbər salması və hərəkəti ilə bağlı fövqəladə vəziyyət rejimini daha bir il müddətinə uzadıram.”
Qeyd edək ki, 2022-ci ilin aprelində Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girişini tənzimləmək səlahiyyətini Daxili Təhlükəsizlik Nazirliyinə verən fövqəladə vəziyyət elan edilmişdi.