Trampdan Ər-Riyada şərt: İsraillə barış, nüvə sazişini al!

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə iyul ayında imzalanmış mülki nüvə əməkdaşlığı sazişinin qüvvəyə minməsi üçün Ər-Riyadın İsraillə münasibətləri normallaşdırması şərtindən imtina etmədiyi iddia olunur.

Sherg.az-ın məlumatına görə, Tramp administrasiyası ilə Səudiyyə Ərəbistanı arasında iyulun 23-də imzalanan nüvə sazişi ABŞ Konqresinin baxışına təqdim edilib.

ABŞ Energetika Nazirliyi daha əvvəl bildirib ki, tərəflər dinc məqsədli nüvə əməkdaşlığını nəzərdə tutan və “123 Sazişi” kimi tanınan müqavilə, eləcə də ikitərəfli təminat sazişi imzalayıblar.

Tramp daha əvvəl Səudiyyə Ərəbistanı ilə imzalanan mülki nüvə sazişinin Ər-Riyadın “İbrahim sazişlərinə” qoşulmasından, yəni İsraillə münasibətləri normallaşdırmasından asılı olacağını açıqlamışdı.