Trampın qərarı Ankaraya milyardlarla dollarlıq üstünlük qazandıracaq - ŞƏRH

  • CAATSA ləğv olunarsa, Türkiyənin qarşısında yeni qapılar açılacaq 

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının ləğv ediləcəyini açıqlaması Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin başlaya biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı səsləndirilən bu bəyanat iki ölkə arasında son illərdə yaşanan gərginliyin yumşalması və strateji tərəfdaşlığın yenidən gücləndirilməsi baxımından mühüm mesaj kimi qiymətləndirilir.

Mövzunu şərh edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Sherg.az-a bildirib ki, ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarını həqiqətən ləğv edərsə, bunun Türkiyə üçün həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan mühüm nəticələri ola bilər:

“Son günlər ABŞ Prezidenti Donald Tramp belə bir niyyət ifadə edib və F-35 məsələsinə yenidən baxılacağını da bildirib. Lakin qərarın ləğvi üçün Konqresin mövqeyi də həlledici olacaq. CAATSA 2017-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib və prezident tərəfindən imzalanaraq qüvvəyə minib. SAATSA ləğv edilərsə Türkiyənin bir çox əldə edəcəyi üstünlüklər olacaqdır Bu qanun əsasən ABŞ-ın rəqib hesab etdiyi dövlətlərə qarşı sanksiya mexanizmi yaratmaq üçün qəbul olunub. Əsas hədəflər Rusiya, İran və Şimali Koreya olmuşdur.Türkiyəyə qarşı bu sanksiya 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra tətbiq edildi. Sanksuiyanın ləğvindən sonra Türkiyə F-35 proqramına qayıtmaq imkanı əldə edəcəkdir. Bu, Türkiyə üçün ən böyük qazanc hesab olunur. Qərarın ləğvindən sonra ABŞ müdafiə texnologiyalarına çıxış və müdafiə əməkdaşlığı genişlənə bilər Bu, xüsusilə pilotsuz uçuş aparatları, helikopterlər və digər hərbi məhsulların istehsalı zamanı ABŞ mühərriklərinin alışının yolunu açacaqdır. ABŞ-Türkiyə arasında etimadın artması NATO daxilində əməkdaşlığı gücləndirəcək,Fransa və Yunanıstanın əsassız hücumlarından sığortalanacaqdır”.

V. Əfəndiyev bildirib ki, Azərbaycan da SATSA-ının ləğvindən yararlanmaq imkanı əldə edəcəkdir: “Bundan sonra Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və texnologiya mübadiləsi üçün də yeni imkanlar yarana bilər. Sanksiyanın Türkiyə üçün həm müsbət həm mənfi tərəfləri oldu.Mənfi tərəf türkiyənin F-35 proqramından çıxarılması oldu. Eyni zamanda ABŞ hərbi texnologiyasına çıxış çətinləşdi.Bununla da Türkiyənin Müdafiə Sənayesi Layihələri ləngidi. Lakin Türkiyə cavab olaraq yerli silah istehsalını artırdı. PUA və raket proqramlarına daha çox yatırım etdi. Alternativ tərəfdaşlar tapdı”.