Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, liderlər Türkiyə-Almaniya münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan bildirib ki, Türkiyə ilə Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsi planlaşdırılır və bunun üçün qarşılıqlı addımların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Ankarada keçiriləcək NATO Liderlər Sammiti ilə bağlı danışan Türkiyə lideri qeyd edib ki, sammitdə Avropanın alyans çərçivəsində öz müdafiə imkanlarını gücləndirməsi və Transatlantik əlaqələrin qorunması istiqamətində güclü siyasi iradənin nümayiş etdiriləcəyinə ümid edir.
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin davamlı sülhlə başa çatması üçün səylərini davam etdirir: “Ankara tərəflər arasında danışıqların yenidən başlanması və diplomatik prosesin canlandırılması istiqamətində fəaliyyət göstərir”.