Türkiyə XİN rəhbəri Orta Dəhlizin əhəmiyyətinə toxunub 

Türkiyə TANAP və Xəzərdən keçən Orta Dəhliz kimi enerji və nəqliyyat layihələrinə üstünlük verəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fİdan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində çıxışı zamanı bildirib.


O qeyd edib ki, Ankara bölgədə enerji mərkəzi ölkəsi mövqeyini də gücləndirməyə davam edəcək: “Beləliklə, bütün bölgə xalqlarının enerji təhlükəsizliyinə töhfə verəcəyik”.