Türkiyənin 3 hərbçisi terrorçularla mübarizədə şəhid olub - YENİLƏNİB

Türkiyə Ordusunun daha bir hərbçisi şəhid olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı Uğur Özdemir şəhid olub.

20:43

Türkiyənin daha iki hərbçisi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı şəhid olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlar Fatih Uğur Altınbaş və Kemal Özekdir.