Türkiyənin XİN başçısı: “Azərbaycan Qoşulmama Hərəkatına sədri vəzifəsinin öhdəsindən uğurla gəldi”

“Azərbaycan Qoşulmama Hərəkatına sədri vəzifəsinin öhdəsindən uğurla gəldi”.

"Report" xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, - o deyib.

H.Fidan Qoşulmama Hərəkatının fəaliyyətinin irqçilik, neomüstəmləçilik və bir çox başqa problemlərə qarşı mübarizəyə töhfə verdiyini vurğulayıb.