Ukrayna-Aİ 6 milyard avroluq kredit sənədi imzalayıb
Yusif Nəzərli
21:32 12.03.2024
Gündəm
401
Ukrayna Avropa İttifaqı ilə 6 milyard avro məbləğində kredit almaq üçün memorandum və saziş imzalayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (UMB) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
“Bu gün UMB-nin rəhbəri Andrey Pışnı, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və maliyyə naziri Sergey Marçenko ilə birlikdə Ukrayna ilə Aİ arasında anlaşma memorandumu, habelə müvafiq kredit sazişi imzalayıb” deyə bəyanatda bildirilir.
Nəzərdə tutulan şərtlər yerinə yetirilərsə, 4,5 milyard avro məbləğində birinci tranş martda, ikinci tranş isə 1,5 milyard avro həcmində apreldə ayrılacaq. Kredit güzəştli şərtlərlə verilir, maksimum ödəmə müddəti 35 ildir və əsas borcun ödənilməsinə başlanan tranş məbləğinin Milli Bankdakı hesaba köçürüldüyü tarixdən 10 il sonra başlanır.
Martın 8-də Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib ki, Ukrayna hökuməti Avropa İttifaqından 6 milyard avro məbləğində kredit almaq üçün lazım olan sənədləri təsdiqləyib. Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, ümumilikdə Kiyev bu il krediti Avropa İttifaqından 16 milyard avro almaq niyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət