Ukraynanın NATO - ya yolu kəsilə bilər - Fikir ayrılığı var

" Politico " qəzetinin köşə yazarlarının müşahidələrinə görə , ABŞ-ın və NATO müttəfiqləri Rusiya- Ukrayna müharibəsində Ukraynaya etdikləri dəstək uzun müddətdir davam etmısindən , bu yardımların hansı vaxta qədər davam edəcəyinin bəlli olmamasından narahatlıq keçirir.

 İyulun 7-də ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Amerikanın Ukraynayanın " yetərli miqdarda silah və imkanlarla” təmin edəcəyinə dair vədinə və sözlərinə baxmayaraq, Amerika cəmiyyətində etirazlar , həyəcanlı səslər getdikcə artır. 

Nəşrin yazdığına görə , ABŞ Konqresində daha çox Respublikaçılar Partiyasının üzvləri və Respublikaçılar Partiyasından prezidentliyə namizədlər Ukraynanın maliyyələşdirilməsinə etirazlarını bildirirlər. Bu, mövqe gələn il Ağ Evdə Respublikaçıların qələbəsinə yol acaraq NATO - nun nüfuzunun azalmasına gətirə bilər. 

 Bu baxımdan, NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynanı alyansa üzv olmaq məsələsində müttəfiqlər arasında “gərgin nöqtələr” və kəskin fikir ayrılıqları proqnozlaşdırılır.

 “NATO sammitdə müttəfiqlər vahid cəbhə nümayiş etdirməlidirlər. Beləliklə, sadə suallara cavab vermək gərəkdir və müttəfiqlər konsensus tələb edən bu mühüm məsələni arxa plana keçirməməlidir ” - deyərək NATO Avropa Mərkəzinin əməkdaşı Rachel Rizzo Ukraynanın Atlantik alyansa üzvlüyü ilə bağlı məsələyə münasibıt bildirib.

 Ceyk Sallivan daha əvvəl demişdi ki, Co Bayden NATO sammitində ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.Qeyd edək ki , ABŞ Prezidenti Ukrayna prezidentinin Vilnüsdə olmasını da alqışlayıb.

Turan

Mənbəə: Lenta.ru