Ümumtürk birliyinə təkan! - Azərbaycanla Qazaxıstan əlaqələri...
Yusif Nəzərli
13:37 22.06.2023
Gündəm
582
Qazaxıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki müxtəlif layihələrdə iştirak edə bilər.
Bu barədə Prezident İlham Əliyevin iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bildirilib.
Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.
Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu söyləyən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”abildirib ki, əməkdaşlıq siyasi-iqtisadi, mədəni səviyyədə özünü göstərir:
“Əlaqələrin inkişafı Nazarbayevin hakimiyyəti zamanında da pis deyildi. Bu gün Tokayevin hakimiyyətində də münasibətlərin inkişafı yüksələn xətlə davam edir. Həmçinin qarşılıqlı səfərlər intensivləşib və hər iki ölkənin maraqlarını ifadə edən addımlar atılır. Yəni əlaqələr praktiki müstəvidədir. Bu isə həm də ümumtürk birliyinin inkişafına böyük təkan verir. Bir məsələni yaddan çıxartmaq olmaz ki, Vətən müharibəsindən sonra Azərbaycanın Türk dünyasında nüfuzu çox yüksəlib. Hətta bizə olan münasibət son dərəcə dəyişib".
Ekspertin sözlərinə görə, Azərbaycanı Türk birliyinin əsas aktorlarından biri hesab edirlər:
“Rəsmi görüşlərdə də bunu açıq-aydın görmək olur. Azərbaycan türk birliyinin qurulmasına töhfəsini verir. Digər tərəfdən Qarabağın quruculuğunda qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Özbəkistan da Füzulidə məktəb tikir. Məncə, bu addımlar digər türk dövlətlərinin hərkətə gəlməsinə səbəb ola bilər. Ümumiyyətlə Prezident İlham Əliyev digər qardaş türk dövlətlərini quruculuq prosesində fəal iştirak etməyə dəvət edib. Düşünürəm ki, Qarabağda quruculuq prosesi yekunlaşandan sonra qardaş türk dövlətlərinin şirkətləri yatırımlar qoya bilərlər. Həmçinin qardaş Türkiyənin Şuşada baş konsulluq açması istəyinin olması da, prosesə müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya