Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodymyr Zelenskyy ilə ABŞ-da mümkün görüş məsələsini müzakirə etməyiblər.
Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
“Xeyr, belə bir imkan müzakirə olunmayıb”, - deyə Uşakov vurğulayıb.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Volodimir Zelenski məsuliyyətli və ciddi danışıqlara hazır olarsa, Moskvaya gələ bilər.
Peskovun sözlərinə görə, Rusiya tərəfi Ukrayna ilə dialoq imkanlarını istisna etmir, lakin bunun üçün konkret siyasi iradə və ciddi yanaşma tələb olunur.