Uşakov: Rusiyanın Ukrayna ilə sülh sazişi barədə məlumatı yoxdur

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, heç kim Ukrayna ilə sülh sazişi mətnini hazırlamayıb.

Sherg.az xəbər verir ki, Yuri Uşakov ABŞ prezidenti Donald Trampın tərəflərin sülhə yaxın olması barədə açıqlamasını şərh edərkən deyib:

“Ən azı, bizimlə heç kim razılaşdırmayıb və müzakirə etməyib”, - deyə Uşakov jurnalistlərə açıqlayıb.

Qeyd edək ki, 25 mart Donald Tramp Putinin və Zelenskiyin görüşünü təşkil etmək istədiyini, tərəflərin razılaşmaya yaxın olduğunu açıqlamışdı. Bundan əvvəl Tramp ABŞ-ın Rusiyayla bu məsələ üzrə demək olar ki, hər gün danışıqlar apardığını bildirmişdi. Kremlin də Ukrayna ilə Rusiya-Amerika əlaqələrinin davam etdirilməsi barədə açıqlamaları olmuşdu.