Valideynlərə də psixoloji yardım göstərilməlidir - HƏKİMDƏN TÖVSİYYƏ
Banuçiçək Kalbalıyeva
09:06 20.02.2020
Gündəm
573
Son vaxtlar uşaqların itkin düşməsi halı artıb. Əlbəttə, bu, cəmiyyəti narahat edən əsas məsələlərdəndir. Qəribədir ki, uşaq itkin düşdüyü müddətdə göz yaşı tökən valideynlər övladları tapılandan sonra onu ağır formada cəzalandırırlar. Nəticədə isə azyaşlı daha ağır depressiv vəziyyətə düşür.
Maraqlıdır, belə məqamlarda valideynlər övladları ilə necə davranmalıdır?
“Sherg.az”ın sualını cavablandıran psixoloq Elnur Rüstəmovun fikrincə, əvvəlcə, hadisənin səbəbi araşdırılmalıdır:
“Şübhəsiz, heç kim səbəbsiz itkin düşə bilməz. Məsələnin ilk baxışdan “təsadüf” kimi görünməsi mümkündür. Lakin mütləq hadisənin alt qatlarında valideyn-övlad münasibətlərindəki hansısa boşluq, kənar təsirlər, cəmiyyətdəki neqativ tendensiyalar, uşağın özünü təsdiqetmə həvəsi, hiperaktivlik, əqli qüsur və digər amillər dayanır. İlk növbədə bu səbəb aydınlaşmalı və ona adekvat davranış qaydası müəyyənləşməlidir”.
Psixoloqun qənaətinə görə, belə hallarda valideynin öz övladı ilə kobud rəftarı müəyyən mənada başadüşülən olsa da, təqdir edilmir. Çünki bu, uşaqda daha böyük psixoloji zədələr yarada bilər:
“Uşaq tapılana kimi ana və atalar çox narahat olur, stres keçirirlər. Ona görə də emosiyaya qapılır, soyuqqanlılıqlarını itirir və övladlarını cəzalandırmağa başlayırlar. Lakin nəzərə almaq lazımdır ki, bu, heç bir halda rəğbətlə qarşılanmır və müsbət nəticəyə gətirib çıxarmır. İmkan varsa, uşağı tapan polis bölməsində həm azyaşlıya, həm də valideynlərə ilkin psixoloji yardım göstərilməlidir. Polis bölməsində müvafiq şərait yoxdursa, hər iki tərəfə Səhiyyə Nazirliyinin xətti ilə psixoloji yardım göstərilməlidir. Lakin bütün hallarda həm uşaq, həm də valideynlər nəzarət altında olmalı, onlar reabilitasiyaya götürülməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya