Vaqner-Kreml razılaşmasının təfərrüatları

Bildiyimiz kimi, Belarusiya lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan razılaşma nəticəsində “Vaqner” rəhbəri Yevgeni Priqojin Moskvaya irəliləyişini dayandırıb.

Bakupost.az xəbər verir ki, xarici KİV-də razılaşma ilə bağlı bəzi detallar dərc olunub.

Məlumata görə, razılaşmadan sonra “Vaqner” qrupunun müstəqil oyunçu olmayacağı ifadə edilib:

“Lukaşenkonun vasitəçiliyi ilə imzalanan müqaviləyə əsasən, “Vaqner” qrupu indiki kimi müstəqil oyunçu olaraq qalmayacaq. Lakin təşkilatın bəzi üstünlükləri var və yeni imkanlar çərçivəsində mövcudluğunu qoruya bilər”.

Razılaşma Kreml sözçüsü Dmitri Peskovun qeyd etdiyi kimi həyata keçirilərsə, müdafiə naziri Sergey Şoyqunun istəyinin yerinə yetiriləcəyi bildirilib.

Belə ki, “Vaqner” qrupunun bir hissəsinin Rusiya Müdafiə Nazirliyinə birləşdiriləcəyi gözlənilir.