“Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılacaq - ŞƏRH
09:05 12.07.2023
Gündəm
347
Putinin “geri addım” atdığı görünür, qiyamçıların “bağışlanması” səbəbsiz deyil
"Kreml Putinin Priqojini qəbul etdiyi və “Vaqner” komandirləri ilə 3 saatlıq görüş keçirdiyini təsdiq edib. Halbuki onları “xain” elan etmiş və “sürgün”ə göndərmişdi".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, bununla Putinin “geri addım” atdığı görünür və qiyamçıların “bağışlanması” səbəbsiz də deyil: "Ukraynada müharibənin getdiyi vaxt “Vaqner”ə ehtiyacı var.
“Vaqner” Afrika ölkələrində Rusiyanın planlarını icra edir. Bu muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində Putinə qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər. Lakin gözlənildiyi kimi, Priqojin və dəstəsinin qiyamı Putinin devrilməsi ilə nəticələnmir. Əksinə, onlar yenidən “çarın” hüzuruna çıxmağa can atır. Məhz bu, Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” ehtimalını gücləndirən amildir. Tərəfləri döyüşdürür, “hakim” rolunda daim özündən asılı vəziyyətə salır və hakimiyyətini qoruyur. Mümkündür ki, “Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılsın. Bu, daha çox təxribat hücumları ilə bağlı ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya