Vətəndaşın əsəbləri ilə oynamasınlar, taksilərdə kondisioner mütləqdir -EKSPERT
11:22 11.07.2024
Gündəm
609
İşləmək istəyirlərsə, qaydalar çərçivəsində işləyəcəklər, işləmək istəmirlərsə, tikinti şirkətində fəhləlik etsinlər
Son günlərin qızğın müzakirə mövzularından biri də taksilərdə kondisionerin istifadə edilib-edilməməsidir. Məsələ ətrafında sürücülər və sərnişinlər arasında davaların sayı artmaqdadır. Sərnişinlər “kondisioner qoşulmalıdır”, sürücülər isə “bunun üçün komfort sifariş edilməlidir” deyirlər.
Qeyd edək ki, məsələnin dəqiq izahı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarına baxmaq kifayətdir. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərin 2.1-ci bəndində qeyd olunur: “Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir”.
Bu açıqlamadan yəqin ki, bütün suallara cavab tapmaq mümkündür.
Məsələ ilə bağlı Bizim.Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) də fikirlərini öyrənib. Qurumun Mətbuat Xidməti sorğumuzu belə cavablayıb:
“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. hadisə haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, Nazirlər kabinetinin qərarına əsasən taksi minik avtomobilində kondisioner mütləq olmalıdır:
“Azərbaycanda çox eybəcər mənzərə yaranıb. Taksilərdə əslində kondisioner var, ancaq ondan istifadə üçün əlavə pul tələb edirlər. Xidmətin keyfiyyətini artırmaq üçün atılan addımlar 1 manatın başında ilişib qalıb. Yəni 1 manat ver kondisioner qoşum. Bu söhbəti dünyanın hansı yerində danışsaq gülərlər. Təəssüf ki, bizdə bu məsələyə bəzi insanlar normal yanaşır. Sistemdən keçərkən kondisionerin olmasına görə kriteriya var. İndiki qanunda kondisionersiz maşın taksiyə yaramır. Kondisioner ola-ola qoşmamaq ayıb hərəkət, insanları təhqir etmək və qanunu pozmaq deməkdir. Artıq kifayət qədər qiymət artımı ediblər. Hər söhbətdə bildirirlər ki, benzin qalxdı. Benzin də 10 qəpik qalxıb. Siz də 5 km yola görə kondisioner üçün əlavə pul istəyirsiniz. Qanunda göstərilir ki, 40 dərəcədən yuxarı temperatur varsa, günün altında işləmək qadağandır. Sürücü üçün bu təhlükəli haldır. Bəlkə ekonom xidmətdə təkərin birini də çıxarsınlar ki, üç təkər ilə işləyəcək. Taksi operatorlarının bu hərəkəti dövlət və vətəndaşları üz-üzə qoymasına xidmət edən addımdır. Burada bəzi sürücülər də alət kimi istifadə edilir. Bunun qarşısı alınmalıdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əsaslı şəkildə müraciət edərək xəbərdarlıqlarını bildirib. Əgər sürücülər yenə də bu formada davam edəcəklərsə, onların taleyi sual altında qalacaq. İşləmək istəyirlərsə, qaydalar çərçivəsində işləyəcəklər, işləmək istəmirlərsə, tikinti şirkətində fəhləlik etsinlər. Vətəndaşın əsəbləri ilə oynamasınlar. İnsanlar bu xidmətdən istifadə edərək məmnun qalmaq istəyir. Dövlət də insanların məmnun olması üçün səy göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət