“Vətəndaşlarımız ən dəyərli sərvətimizdir, dövlət də bu sərvəti qoruyur”
Fidan Həmişəyeva
14:55 01.04.2020
Gündəm
946
“Azərbaycan dövlətinin hər zaman olduğu kimi bu dəfədə xalqının, vətəndaşının yanında olduğunu, ədalətlilik və humanizm prinsiplərini əsas tutduğunu göstərir”
"Bu gün bütün dünya ölkələri koronavirusla mübarizə tədbirləri həyata keçirir. Lakin Azərbaycan qlobal problemlə mübarizədə digərlərindən fərqlənir. Ölkəmizdə insanların sağlamlığının qorunması istiqamətində həm karantin rejimi tətbiq edilib, sosial izolyasiya tədbirləri keçirilir, həm də baş verən proseslərin ölkə iqtisadiyyatına, sahibkarlıq subyektlərinə minimum təsir etməsi istiqamətində dəstək proqramları həyata keçirir”.
Bu fikirləri "Sherg.az"a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.
O bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər nəzərə alınaraq Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinə 1 milyard manatın ayrılıb:
"Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrup tərəfindən ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı təkliflər əsasında formalaşdırılan dəstək proqramları pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən ölkə başçısına təqdim edilən zərf 9 proqramdan ibarətdir.
4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən bu proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Bütün bunlar Azərbaycan dövlətinin hər zaman olduğu kimi bu dəfədə xalqının, vətəndaşının yanında olduğunu, ədalətlilik və humanizm prinsiplərini əsas tutduğunu göstərir”.
Dəstək proqramından 304 mindən çox işçinin, 290 mindən çox yaxın mikro və fərdi sahibkarın faydalanacağını deyən B. Quliyev vurğulayıb ki, bununla yanaşı dövlət müxtəlif iqtisadi sektorlara vergi güzəştləri və vergi tətilləri də verəcək, bu isə həmin sahələrin öz resurslarını səfərbər edərək inkişafını davam etdirməsinə imkan verəcək:
“Bununla yanaşı, dəstək proqramlarında əhalinin həssas qrupları üçün nəzərdə tutulan elektrik enerjisinin kommunal limitinin artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin və digər bu kimi sosialyönümlü addımlar bir daha göstərir ki, ölkə vətəndaşları Azərbaycanın ən dəyərli sərvətidir və dövlətimiz bu sərvəti qoruyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət