Vladimir Putin İlham Əliyevi təbrik edib
Yusif Nəzərli
07:00 04.04.2022
Gündəm
707
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, təbrik mətni Kremlin rəsmi saytında dərc olunub.
“Son onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq genişlənir, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq edilir”, - V.Putinin təbrik mesajında bildirilib.
O vurğulayıb ki, keçən il və daha öncəki il bağlanmış üçtərəfli sazişlərə əsasən, rəsmi Bakı və Moskva Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə işləyir.
“Bu il mühüm nailiyyətlə - Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın fundamental maraqlarına cavab verir”, - Rusiya Prezidenti söyləyib.
Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət