Xaçaturyan 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək - TƏHLİL
08:36 30.07.2023
Gündəm
393
Separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblar
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb.
14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə hökmü ilə təqsirli bilinəcəyi halda cəzaların qismən toplanması yolu ilə 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək. V.Xaçaturyanın saxlanılması özlüyündə ədalətin illər sonra olsa da, qismən bərqərar olması üçün olduqca önəmli hadisədir. Erməni terrorçular unutmamalıdır ki, Azərbaycan 30 il əvvəlki cinayətlər barədə bütün məlumatlar toplanıb və həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsində saxlanılır. Bu, bir daha onu göstərir ki, azərbaycanlılara qarşı cinayət törətmiş erməni terrorçuların hər biri məsuliyyətə cəlb olunacaq.
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Laçın postunda saxlanılan Xocalı qatili Vaqif Xaçaturyan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub.
Analitik qeyd edib ki, onlar Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımılarda birlikdə iştirak ediblər:
"Daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib. Xaçaturyanın həbs edilməsini Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər. Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçaturyan həbs olunduğu kimi. Soyqırımı aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi, yaxud həbs olunaraq, Bakıya gətirilməsi mümkün variantlardan biridir".
Politoloq Elxan Şahinoğlu da deyib ki, Vaqif Xaçaturyan Qarabağdan Ermənistana keçmək istəyərkən qorxu içində olmalı idi:
"Çünki bilməliydi ki, Azərbaycanın müvafiq dövlət instansiyalarında onun 30 il əvvəlki cinayətləri barədə məlumatlar toplanıb. Həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsinin bilgisayarlarında var. Görünür, xəstəliyi ilə əlaqədar ağrıları o qədər artıb ki, sərhədi keçməklə risqə getməli olub, ancaq ilişib. Erməni separatçıları sərhəddə Xaçaturyanın həbsi hadisəsindən özləri üçün ən azı iki nəticə çıxarmalı olacaqlar. Birincisi, torpaqlarımızın işğalında və qətliamlarda iştirak edənlərin Laçından Ermənistana keçidi mümkün deyil, belələrin sayı isə az deyil. İkincisi, separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblar. Bu halda onlarla bağlı amnistiya da mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq