
Xankəndidəki mitinq ilk və son deyil - ŞƏRH
Xankəndidəki mitinq ilk və son deyil - ŞƏRH
Yusif Nəzərli
13:08 14.07.2023
Gündəm
507
Fuad Abbasov: “1988-ci ildə Mixail Qorbaçovun "perestroykasından" sonra da hər şey mitinqlərlə başlamışdı”
"Erməni sakinlərinin Xankəndidəki mitinqi ilk və son deyil".
Bunu "Sherg.az"a siyasi şərhçi Fuad Abbasov Qarabağ ermənilərinin Xankəndidəki etirazlarından danışarkən deyib. Onun sözlərinə görə, 1988-ci ildə Mixail Qorbaçovun "perestroykasından" sonra da hər şey mitinqlərlə başlamışdı:

"Zori Balayan, Abel Aqanbekyan və Şahnazaryan Qarbaçovun məsləhətçiləri idilər. Onların diqtəsi ilə Xankəndidə mitinqlər keçirildi. Bu etirazların ardınca ermənilər ayağa qalxdılar, azərbaycanlıları oradan qovmağa başladılar. Torpaqlarımız işğal olundu. Təcrübədən yola çıxaraq, rəsmi Moskva yenə də mitinqə xitab edir. Bəlkə, bu dəfə də 30 il əvvəl olduğu kimi, dünya ictimaiyyətinə müraciət edərək, həyəcan təbili çalmağa çalışırlar. Amma 2023-cü ilin 1988-dən ən böyük fərqi odur ki, Azərbaycan artıq müstəqil dövlətdir. "Dağlıq Qarabağ" Azərbaycanın suveren torpaqları olaraq, qəbul edilib. Daha Sovet ittifaqının tərkibində qalmaq şərti ilə "Azərbaycandan ayrılırıq" iddiası da işləmir. Onların ölkə ərazimizdə özlərinə qondarma parlament açmaları, prezident, nazir seçmələri qeyri-legitimdir. Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə yaşamaq, işləmək, yaratmaq istəyirlərsə, buyursunlar. Belə bir niyyətləri yoxdursa, Ermənistan və dünyanın yolları onlar üçün açıqdır".
Qeyd edək ki, Qarabağın erməni sakinləri Xankəndidə mitinqə başlayıblar. Onlar Laçın yolunun dərhal açılmasını tələb edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm