XİN diplomatik xidmətə qəbul müsabiqəsinin nəticələrini açıqladı
Yusif Nəzərli
15:44 19.06.2023
Gündəm
344
Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbul peşəkar meyarlar, bərabərlik və şəffaflıq prinsipləri əsasında mərkəzləşdirilmiş qaydada müsabiqə formatında həyata keçirilir.
Nazirlikdən verilən məlumata görə, bu məqsədlə, 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə təşkil olunub.
Müsabiqənin yazılı imtahan mərhələsi 23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilib. Qeyd edilən imtahanda 460 nəfər iştirak edib. Yazılı imtahanda namizədlərə qapalı və açıq tipli test tapşırıqları, həmçinin esse tapşırıqları (Azərbaycan dili və xarici dil blokunda) təqdim olunmuşdur. Namizədlər qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 iştirakçının müəyyən edilə bilməsi üçün yazılı imtahanın hər bir tərkib hissəsi (test, Azərbaycan dilində icra edilən esse və xarici dildə icra edilən esse) müstəqil və bərabər səviyyədə nəzərə alınıb.
Müsabiqənin yekunlarına əsasən, 67 namizədin nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub və namizədlərin XİN-də vakansiyalara uyğun olaraq 2 il müddətində XİN-ə işə qəbul ediləcəyi elan edilib. Hazırda, müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə keçmiş namizədlərin 90%-i artıq diplomatik xidmətə işə qəbul olunublar. Qarşıdakı aylar ərzində işə qəbul prosesinin yekunlaşması planlaşdırılır.
Diplomatik xidmətə növbəti işə qəbul müsabiqəsinin təşkil edilməsi istiqamətində hazırlıq işləri artıq tamamlanıb və yaxın günlərdə bu barədə elan veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya