Yaşayan tarix: 3 padşah, 12 dövlət başçısı görüb
09:35 05.07.2019
Gündəm
1535
Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa qəsəbəsində yaşayan 119 yaşlı qadın yeni yaşının sevincini yaşayıb. 3 padşah və 12 dövlət başçısı dövrünə şahidlik edən Fatma Bingölün ad gününü Mustafakamalpaşa bələdiyyə sədri Mehmet Kanarın sürpriz ziyarət ilə qeyd edib. 119 yaşlı qarı, bələdiyyə başçısının ona çiçək və hədiyyələr gətirməsini görüb duyğulanıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Selanikdə Osmanlı padşahı 2-ci Əbdülhəmidin dövründə, 1900-cü ildə dünyaya gələn Bingöl, uşaq yaşlarında ailəsiylə Karacabey qəsəbəsinə köçüb. Daha sonra Mustafakamalpaşa qəsəbəsinin Kumkadı məhəlləsinə gəlin köçən Bingöl, burada 6 uşaq və 17 nəvə sahibi olub. Uşaqlarından dördünü itirib. Həyat yoldaşı 20 il əvvəl vəfat edən Bingöl, 80 yaşlı qızıyla həyatına davam edir. Məhəlləni ziyarətə gələnlər, ən böyük nəvəsi 61 yaşında olan, 2-ci Əbdulhəmid, 5-ci Mehmed Rəşad və son padşah Memed Vahdeddinlə Mustafa Kamal Atatürkdən Rəcəb Tayyib Ərdoğana qədərki 12 dövlət başçısının hakimiyyətinə şahidlik edən nənəni görmədən, əlini öpmədən getmir. Bir əsrdən şox yaşayan nənəylə ən kiçik nəvəsi arasında 113 yaşı fərq var. Əlində çiçəklə onu ziyarətə gələn bələdiyyə başçısını görən yaşlı qadın olduqca xoşbəxt idi. Tarixə şahidlik etmiş Fatma nənənin ad gününü qeyd etdiklərini ifadə edən Mustafakamalpaşa bələdiyyə başçısı Məmməd Kanar, "Mahalımızın 131 məhəlləsindən olan Kumkadı məhəlləsində yaşayan Fatma nənəmizin 119 yaşını qeyd etməyə gəldik. Burada nəvənin nəvəsinin nəvələri var. Nənəmiz mahalımızın ən yetkin adamıdı, dualarını almağa gəldik" deyib. 119 yaşına girən Fatma Bingöl, "Çox şükür yaxşıyıq. Çiçəkləri çox bəyəndim. Məni ziyarət edən hər kəsdən Allah razı olsun. Hamısı məni ziyarət edib, hədiyyələr gətirir" deyə sevincini bölüşür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya