Yaşı az, hünəri böyük Mayis
09:48 20.04.2021
Gündəm
802
Hər şeydən,hər kəsdən üstün bir sevgi var -- Vətən sevgisi!Bu sevgi elə bir sevgidir ki,zamanı gələndə gözünü qırpmadan şirin canını bu sevgi uğrunda fəda edirsən.Bəs hamı o cür sevə bilirmi?Yox,çünki o sevgi xüsusi seçilmiş insanların qəlbində olur.Və o insanlar o sevgi uğrunda elə bir Zirvəyə qalxırlar ki,orda ən ali mükafata sahib olurlar -- Şəhidliyə!
Torpaq su ilə suvarılanda palçıq,qan ilə suvarılanda Vətən olur.Kəndimizin igid,cəngavər oğlu, "əjdaha"ləqəbli Mayis Yaqubov da öz qanı ilə cənnət diyarımız Qarabağ torpağını suvararaq o ali mükafata sahib oldu.
Mayis Rəhim oğlu Yaqubov 1998 ci il aprelin 20 də Qazax rayon Daş Salahlı kəndində anadan olub.2015 ci ildə Şəhid Şahin Cəbiyev adına 2 mömrəli orta məktəbi bitirib.2015 - 2019 cu illərdə Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsil alıb.Mayis uşaqlıqdan hərbiçi olmaq istəyib.Akademiyanı bitirəndə ona Akademiyada qalıb müəllim işləmək təklif olunub.Amma o qəbul etməyib.
Mayis erməni dilni mükəmməl öyrənibmiş.- Mən bu dili kəşfiyyatçı olmaq üçün öyrənmişəm,müəllim olmaq üçün yox -deyib.Mayis öz xəyallarının ardınca gedib.Xüsusi Təyinatlı Qüvvələrin leytenantı idi.
2020 ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində qazandığımız Zəfər tariximizə qızıl hərflərlə yazıldı.Bu yeni tarixi xalqımızın qəhrəman oğulları yazdı.O oğullardan biri də Dədə Aveyin balası leytenant Mayis oldu.Xocavəndin Tuğ kəndi uğrunda Canı ilə;qanı ilə son nəfəsinədək qəhrəmancasına döyüşüb Şəhidlik Zirvəsinə ucaldı.Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərancamları ilə "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" , "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Dədə Avey altı aydır yas içindədir.Bir vaxtlar Damcılının suyundan içib,Dədə Aveyin yamaclarında çiling - ağac oynayan,zirvəsinə qalxmaq üçün hamını arxada qoyan,tez özünü zirvəyə çatdıran Mayis balasının Şəhadətə qovuşmasından altı ay ötür.Nə yaman qüssəlisən,Dədə Avey,axı Mayis balan 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın azad olunmasında,birdə sən düşmən əlinə keçməyəsən deyə, Şəhadətə qovuşdu.Şiş təpədə uyuyan əmilərinin(birinci Qarabağ müharibəsi Şəhidlərinin) qisasını aldı.Qəddini əymə Dədə Avey,axı sən məğrursan,həmişə də məğrur ol.
Allah heç bir valideynə vaxtsız övlad itgisi göstərməsin.,nə qədər şərəfli ölüm olursa da olsun.
Analar anar,ağlar,
Telini sanar,ağlar,
Ruhiyyə dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Mayisdən bir uca adı,birdə həyətıərində dalğalanan,uğruna canını fəda etdiyi,üç rəngli ay ulduzlu müqəddəs bayraq yadigar qalıb ailəsinə.Anası deyir ki,o bayrağı ordan götürməyəcəm,onun dalğası üzümə dəyəndə elə biləcəm Mayis məni qucaqlayıb öpür.Budur bir ananın təsəllisi.və sözün də bitdiyi yer..
Bu gün leytenant Mayis Yaqubovun 23 yaşı tamam olur.Cənnətdəki Doğum Günün Mübarək Şəhidim!
Ruhuna ehtiramla
Hicranə Məmmədova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region