Yaxın vaxtlarda Əliyevlə görüşəcəyik - Paşinyan

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil".
Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, yaxın vaxtlarda Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün planlaşdırıldığını da bildirib:
"Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyiş daha əsaslı hala gətiriləcək. Bütün məsələlər diplomatiya yolu ilə həll edilməlidir”.