
Yevlaxda alınmasa, Sığnaqda, Daşaltıda ola bilər... - Qarabağ erməniləri ilə görüş!
Yusif Nəzərli
14:42 01.08.2023
Gündəm
343
Yevlaxda rəsmi Bakı nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığı arasında görüşün təşkili üzərində iş aparılır.
Bu görüş təklifi heç bir üçüncü ölkədən gəlmir, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Lakin qarşı tərəf bu təkliflərdən imtina etmişdi.
Gözlənilən görüşü "Sherg.az"a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, 1990-ci illərdə bizdə bundan yararlanmışıq:
"Əslində buna xalq diplomatiyası deyilir. Qarabağda yaşayan kasıb və əslən alban köklü ermənilər bizə çox hörmətlə yanaşıblar. Bilirlər ki, biz onların hüquqlarını qoruyacağıq. Ona görə bu görüşün baş tutma ehtimalı yüksəkdir. Qarabağda buna ermənilərdən çox Rusiya sülhməramlıları mane olmağa çalışacaq. Amma bütün variantlardan biz istifadə etməliyik.

Əgər burada alınmasa, Azərbaycan Xocalının Sığnaq, Şuşanın Daşaltı, Xocavəndin Hadrut kəndini seçə bilər. Ora ermənilər çox rahat gələr. Görüş məntəqəsini dəyişmək olar. İnternet kanalları ora daha çox qarşıdurma yaratmağa gedirlər. Ona görə də millətçiləri deyil, daha çox tolerantları təbliğ etməyə çağırmalıyıq. Ermənilərlə normal münasibət qurmaq istəyiriksə, bunu təbliğ etməliyik".
Şahanə Tağızadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm