YPG-nin (PKK terror təşkilatının Suriya qolu - red.) ləğv edilməsi Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Bizim işimiz peşəkar yanaşma sərgiləmək və silahlı birləşmələrin buraxıldığını yoxlamaqdır. İfadə edildiyi kimidirsə, təbii ki, məmnunedici hadisədir", - o bildirib və əlavə edib ki, Suriyanın da milli birlik, suverenlik və ərazi bütövlüyü pozulmamalıdır.
Türkiyənin XİN başçısının sözlərinə görə, YPG nəinki Suriya, həmçinin Türkiyənin əleyhinə olub:
"Amma yeni prosesdə bütün bu problemləri qarşılıqlı anlaşma, dialoq, sülh yolu ilə həll edəcəyik", - o deyib.
Xatırladaq ki, "Suriya Demokratik Qüvvələri"nin (SDQ) komandanı Məzlum Abdi avqustun 25-də silahlı birləşmələrin buraxıldığını və kürd qüvvələrinin Suriya hökumət qoşunlarının sıralarına tam inteqrasiya olunduğunu elan edib.