Zaxarova: Rus dilini qadağan etmək mümkün deyil

“Kiyev və bəzi Avropa təşkilatlarının ideoloqlarının rus dilini ləğv və ya qadağan etmək cəhdləri nəticə verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Əgər onlar oxusaydılar, bilsəydilər və faktlara əsasən anlayış əldə etsəydilər, heç vaxt özlərinə mümkün olmayan və elmə zidd vəzifə qoymazdılar. Bu, eynilə “Günəş, işıq saçma” və ya “Yağış, yağma” deməyə bənzəyir. Bu, mümkün deyil”, - o qeyd edib.

Zaxarova iddia edib ki, danışanların sayına görə rus dili dünyada doqquzuncu yeri tutur və bu dildə 255 milyondan çox insan danışır.