Zaxarova: Rusiya Ukrayna ilə bağlı danışıqların bərpasına dair təkliflər almayıb

"Rusiya sentyabr ayında Ukrayna ilə bağlı danışıqların bərpasına dair nə Ukraynadan, nə də digər ölkələrdən təklif alıb".

Teleqraf xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti görüşün sentyabrda keçirilə biləcəyinə dair yayılan məlumatları şərh edən diplomat bildirib ki, bu məsələ ilə bağlı qarşı tərəfdən və ya hər hansı digər mənbədən heç bir təklif daxil olmayıb.