Zaxarova təhqir etdi: Nikolun arxasındakı ikiüzlü prezident...
Zaxarova təhqir etdi: Nikolun arxasındakı ikiüzlü prezident...
12:32 27.09.2023
Gündəm
446
Nə deyə bilərəm, Fransa Prezidenti xəyalpərəstdir. Bu, yalnız zəngin təxəyyüllə edilə bilərdi. Ümumiyyətlə, mövzunun nədən getdiyi aydın deyil. Bəlkə Fransa Prezidenti heç kimin bilmədiyi nələrisə bilir.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Makronun Moskvanı Azərbaycanın şəriki adlandıran və Ermənistanın ərazi bütövlüyünü təhdid edə biləcək bəyanatlarını şərh edərkən deyib.
“Onun nə demək istədiyini anlamaq istərdim. Məncə, bu da növbəti ikiüzlülükdür. Bu kimi açıqlamalarla o, baş verənlərin mexanizmini ortaya qoyur. Yəni əvvəllər demişdik ki, İrəvan öz əməllərinə görə məsuliyyəti başqalarının üzərinə atmağa çalışır və indi görürük ki, onu buna kim sövq edir. Budur, ərazi bütövlüyünə təhdidlə bağlı hansısa qəribə lüğətdən istifadə edərək, nə demək istədiyini dəqiqləşdirməyən Fransa prezidenti Rusiyanı günahlandırır. Həm də görürük ki, onlar rəsmi İrəvanı necə müəyyən addımlar atmağa sövq edib, məsuliyyəti Rusiya və ya başqasının üzərinə atırlar. Biz Fransa hakimiyyətinin bu üsullarını Afrika ölkələrinin timsalında yaxşı bilirik. Fransa nümayəndələrinin regiona sülhün qaytarılması məqsədi güdən vasitəçi mövqeyindən deyil, yalnız siyasi maraqlarından çıxış edərək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə cəlb olunması göz qabağındadır”, - o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol