Zelenski çağırış etdi : Rusiyanı dayandırın! 

 "Sherg.az "ın " Ukrainifo " ya istinadən verdiyi  xəbərə  görə , dünən gecə hava hücumu zamanı Rusiya ordusu yenidən limanlara, taxıl zəmilərinə zərbələr endirib. İşğalçı ordu qlobal ərzaq təhlükəsizliyinə ciddi təklükə törədib.

 Prezident Vladimir Zelenski öz şəxsi Telegram kanalında yazıb: "Daha bir müharibə gecəsi yaşadıq ,  qəhrəmancasına hava hücumundan müdafiə olunduq .Biz özümüzü mümkün olan qədər  maksimum gücümüzlə müdafiə edirik. Çoxlu sayda  pilotsuz uçuş aparatları vuruldu. Xoşbəxtlikdən itki olmayıb".

 Lakin prezidentin sözlərinə görə, ölkəyə ciddi ziyan dəyib.
 
"Ən əhəmiyyətli hadisələr ölkənin cənubunda baş verir. Rusiya terrorçuları yenidən limanlara, taxıl zəmilərinə hücum edirlər  və qlobal ərzaq böhranı  yaradırlar. Bizim bütün hərbi qüvvələrimiz , əməliyyat xidmətləri səmərəli işləyib. Dünya Rusiyanın təçavüzünə  cavab verməlidir. Mülki insanlar ,  limanlar hədəf alınır ,  terrorçular hətta liftləri belə  qəsdən dağıdırlar. Bu, bütün dünya üçün təhlükədir. Rusiya dayandırıla bilər və dayandırılmalıdır”  - deyə Zelenski vurğulayıb. 

Turan