Ukrayna Prezidenti Volodimir Zelenski Moskva Neft Emalı Zavoduna bir həftə ərzində ikinci hücumun baş verdiyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada məlumat verib.
“Bu gecə uzaqmənzilli zərbələrimiz yenidən Moskva vilayətinə çatdı, bir həftə ərzində ikinci dəfə Moskva Neft Emalı zavoduna zərbə endirilib”, - Zelenski deyib.
Ukrayna Prezidenti həmçinin qeyd edib ki, Rusiyanın Rostov vilayətindəki və müvəqqəti işğal olunmuş ərazilərdəki hədəflərə də zərbələr endirilib.