
Zelenskinin kürəyində güclü əl var
Yusif Nəzərli
06:47 23.06.2023
Gündəm
167
Ukrayna qalib olmasa, Baydendən hesab soracaqlar ABŞ Prezidenti problemlə üzləşməmək üçün müharibənin sonadək aparılmasının tərəfdardır
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna heç vaxt dondurulmuş münaqişə ilə razılaşmayacaq və qoşunları Ukraynada olduğu müddətdə Rusiya ilə danışıqlar aparmayacaq: “Rusiyanın qoşunları ölkəmizdə olduğu müddətcə orada prezidentin kim olmasından asılı olmayaraq, biz heç vaxt danışıqlar masası arxasına əyləşməyəcəyik”. Zelenskinin sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasından əvvəl başlayan danışıqlar prosesi münaqişəni dondurulmuş statusa, gələcəkdə isə yeni böyük müharibəyə çevirəcək: "Əks-hücumda harada irəliləməmizdən asılı olmayaraq, biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. Mən xalqın nə ilə nəfəs aldığını bilirəm. Ukraynalılar ikinci dəfə dondurulmuş münaqişə ilə razılaşmayacaqlar. Bu, tələdir".
ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel də Rusiya Prezidenti Vladimir Putinin müharibənin sülh yolu ilə nizamlanmasına sadiq olması ilə bağlı bəyanatına münasibət bildirib. Onun sözlərinə inanmayın və Ukraynanın dinc əhalisinə və infrastrukturuna qarşı təcavüzü davam etdirən rusların hərəkətlərinə baxın. Patel vurğulayıb ki, Rusiya sülhün bərqərar olmasında və müharibənin dayandırılmasında maraqlı deyil: "Kiyevi bombalayan, mülki və enerji infrastrukturunu, yaşayış binalarını, xəstəxanaları vuran Rusiyanın hərəkətlərindən aydın olur ki, onların sülhün bərqərar olmasında və bu müharibənin dayandırılmasında ciddi marağı yoxdur".
Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında bildirib ki, bütün mülahizələr və proqnozlar ondan xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli olacaq. Analitikə görə, bunun səbəbi tərəflərin mövqelərinin bir-birindən hədsiz fərqlənməsi ilə bağlıdır: "İndiki məqamda ortaq məxrəcə gəlmək ehtimalı çox azdır. Müharibənin gedişatının da öz məntiqi var. Hər iki tərəf hələ kritik vəziyyətə düşməyib. Ona görə də nə Rusiya, nə də Ukrayna geri addım atmağı, hansısa kompramisə gəlməyi qətiyyən düşünmür. Ukraynanın gücü və Qərbin hərtərəfli dəstəyi imkan verir ki, Kiyev Rusiyaya müqavimət göstərsin, hətta əks-hücum əməliyyatlarına başlasın. Ancaq görünən odur ki, Rusiyanın da imkanları hələ tükənməyib. Daxili vəziyyət nə qədər mürəkkəb olsa da, Moskva müharibəni davam etdirmək imkanında olduğunu göstərir. O səbəbdən indiki durumda tərəflər savaşın bitirilməsinə isti yanaşmır. Bir müddət keçəndən, yəni əks-hücum əməliyyatının hansı nəticə verəcəyi bəlli olandan sonra vəziyyət daha da dəqiqləşəcək. O zaman sülh danışıqlarının mümkünlüyündən danışmaq olacaq".

İ.Vəlizadə vurğulayıb ki, Qərb Ukraynaya dəstək versə də, reaksiyası birmənalı deyil: "ABŞ və aparıcı müttəfiqlər müharibənin davamını istəyir və tələb edir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Ancaq bir sıra Qərb ölkələri fərqli mövqedən çıxış edirlər. Fransa kimi ölkələr savaşın müəyyən şərtlərlə bitməsində maraqlıdır. NATO-nun özündə də müharibəyə yanaşmada fərqlər var. Bəzi dövlətlər istənilən halda müharibənin dayandırılmasını söyləyirlər. Qərbin aparıcı ölkələri isə bunun əksini düşünürlər. Onlar hesab edirlər ki, əgər müharibəni aparmaq imkanları varsa, Ukrayna davam etməlidir. Məsələn, ABŞ Prezidenti Co Bayden də bu cür düşünür. Vaşinqtonda belə bir fikir var ki, müharibə nəticəsiz dayanarsa, Bayden Administrasiyasının nüfuzuna mənfi təsir göstərmiş olar. Amerikalılar Baydendən Ukraynaya verilən külli miqdarda maddi dəstəyin hesabını sorarlar. Bayden problemlə üzləşməmək üçün müharibənin sonadək aparılmasına tərəfdardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya