Zəngəzur dəhlizinin gerçəkləşməsinə maneə yaradırlar
Zəngəzur dəhlizinin gerçəkləşməsinə maneə yaradırlar
Yusif Nəzərli
16:09 20.06.2023
Gündəm
349
Bura bütün rəzilliklərə əl atan İranı və digər regiondankənar qüvvələri aid etmək olar
"Laçın-Xankəndi yolu üzərində, Ermənistanla sərhəddə yerləşən sərhəd-keçid məntəqəsi istiqamətində rəsmi İrəvanın növbəti dəfə təxribata əl atması məqsədyönlü xarakter daşıyır".
Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik vurğulayıb ki, bu təxribatı həyata keçirməkdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas niyyəti Azərbaycanın “humanitar fəlakət” yaratdığı barədə, artıq iflasa uğramış uydurma iddiaları üçün yeni bəhanələr yaratmaqdan ibarətdir: "Sərhəd-buraxılış məntəqəsindən insanların və nəqliyyat vasitələrinin necə rahatlıqla keçdiyini nümayiş etdirən videogörüntülərin geniş şəkildə yayılması Ermənistanın “humanitar fəlakət” və digər bu kimi klassik cəfəngiyyatlarının yalan və böhtan olduğunu sübuta yetirir. Digər tərəfdən, Azərbaycanın sərhəd-buraxılış məntəqəsindən keçən insanlar da ərazidə xidməti vəzifə keçən azərbaycanlılarla təmasda olur. Onlara qarşı sərgilənən nəzakətli münasibətə şahidlik edir və bir daha Ermənistan hakimiyyətinin, separatçıların yalan danışdığına əmin olurdular. Bu təmaslar, həmçinin etimad mühitinin formalaşmasına zəmin yaradırdı ki, bu da yenə də rəsmi İrəvanın “təhlükəsizliyə beynəlxalq təminatın verilməsi” ilə bağlı iddialarını alt-üst edirdi. Bu prosesin qarşısını ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata əl atmaqla sərhəd-buraxılış məntəqəsindən keçən erməni əsilli şəxslərin təhlükəsizliyinə təminat olmadığı mesajını vermək, qorxu və xof yaratmaqla həmin ərazidən hərəkətin mümkün qədər azalmasına cəhd göstərir ki, “humanitar fəlakət”lə bağlı ənənəvi iddialarını davam etdirə bilsin".
Ekspert vurğulayıb ki, rəsmi İrəvanın son təxribatlarının səbəblərindən biri də, çox güman ki, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində əldə olunan son razılaşmalarla bağlıdır: "Burada “üçüncü tərəflər”in də təhrikçi kimi iştirak ehtimalı var. İndiki şəraitdə “üçüncü tərəflər” siyahısına Azərbaycan ərazilərinə qanunsuz silah-sursat daşınmasını şəxsi biznesinə çevirən hərbi qrupları və Zəngəzur dəhlizinin gerçəkləşməsinə maneə yaratmaq üçün bütün rəzilliklərə əl atan İranı və digər regiondankənar qüvvələri aid etmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm