1-ci sinif şagirdi infarktdan ölüb

Trabzonda sinifdə infarkt keçirən 1-ci sinif şagirdi Alperen Zenbil dünyasını dəyişib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, dərs zamanı onun halı qəfil pisləşib.

Sinif rəhbəri vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verib.

Xəbərdarlıqdan sonra hadisə yerinə gələn səhiyyə işçiləri Alperenin infarkt keçirdiyini müəyyən ediblər.

Ürək xəstəliyinin olduğu öyrənilən Alperen ilk müdaxilədən sonra xəstəxanaya aparılıb.
7 yaşlı Alperen bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Turan