Qubada TƏBİİ FƏLAKƏT: Güclü sel yolları bağladı


İyunun 27-də axşam saatlarında Quba rayonunun dağlıq ərazilərinə güclü yağış yağıb.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, yağıntı əsasən rayonun Qonaqkənd, Xaltan və Söhüb kəndləri ərazisinə düşüb.

Güclü selin gətirdiyi axıntı nəticəsində kəndarası yollar bağlanıb. Quba Fövqəladə Hallar Komissiyasından APA -nın yerli bürosuna verilən məlumata görə, güclü yağış fərdi təsərrüfatlara ziyan vurub. Həmçinin ötən gün axşam saatlarında Quba-Xınalıq yolu müvəqqəti bağlanıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən APA -ya verilən məlumata görə, Qubanın Söhüb kəndinə 22 dəqiqəyə 23 mm yağıntı düşüb. Bu, normadan artıq olmaqla bərabər, xüsusi təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir.