Məscid önündə qan töküldü – Əvvəl boğazını kəsdi, sonra isə...

Türkiyədə dəhşətli qətl baş verib. Sherg.Az qardaş ölkə mətbuatına istinadən bildirir ki, Düzcə rayonunda aralarında münaqişə yaşanan Musa Y. tərəfindən boğazı kəsilən və kürəyindən bıçaqlanan Nurdahan Karaoğlu, hadisə yerində keçinib. 

Hadisədən sonra qaçan Musa Y. polis tərəfindən yaxalanıb. Olay axşam saatlarında məscidin qarşısında baş verib. Aralarında münaqişə yaşanan Musa Y. ilə Nurdahan Karaoğlu küçədə qarşılaşdan zaman mübahisə ediblər. Mübahisə az sonra davaya çevrilib. Bu zaman Musa Y. cibindəki bıçağı çıxararaq Karaoğlunun əvvəl boğazını kəsib, daha sonra bıçağı dəfələrlə kürəyinə soxub. Karaoğlu qanlar içində yerə yıxılırkən, Musa Y. hadisə yerindən qaçıb.

Ətrafdakıların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım yetişib. Həkimlər Nurdahan Karaoğlunun öldüyünü müəyyənləşdiriblər. Polis qatili yaxalayıb. Hadisə ilə bağlı cinayət işi başladılıb. 

Anar