Gürcüstanda cinayətkarlıq artıb
13:36 30.06.2019
Hadisə
505

Gürcüstanda cari ilin yanvar-may aylarında qeydə alınmış cinayətlərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artaraq 28 min 300 min fakt təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş materialda məlumat verilir.
Məlumata görə, bu cinayətlərin yalnız 29,6 faizinin üstü açılıb. Cinayətlər sırasında oğurluq birinci yerdədir. Hesabat dövründə ölkədə 9263 oğurluq faktı qeydə alınıb ki, bu da 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 24,1 faiz çoxdur. İkinci yerdə ailə zorakılığı hallarıdır, hesabat dövründə 3278 belə fakt qeydə alınıb (2018-ci ilin ilk 5 ayı ilə müqayisədə 12,1 faiz artım). Narkotiklərlə əlaqədar cinayətlərin sayı da 36,6 faiz artaraq 2341 fakt olub. Hesabat dövründə nəqliyyat vasitələri ilə əlaqədar qeydə alınmış cinayətlərin sayı keçən ilin eyni dövrü ilə əlaqədar 1,9 faiz azalaraq 483 fakt təşkil edib. Siyahıda ilk beşliyi özünü öldürmə halına gətirib çıxarma ilə bağlı cinayətlər tamamlayır. Hesabat dövründə 993 özünü öldürmə hallarına çatdırma cinayət faktı qeydə alınıb, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz çoxdur.
Bundan başqa, hesabat dövründə səlahiyyət həddini aşmağa görə 127, rüşvətxorluğa görə 36, vəzifə səhlənkarlığına görə 28 və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 38 cinayət faktı qeydə alınıb. Cari ilin ilk beş ayında kompüter cinayətlərinin sayı 177,7 faiz, istehsalat fəaliyyəti qaydalarının pozulması ilə bağlı cinayətlərin sayı 83,3 faiz, təhlükələrin sayı isə 45 faiz artıb.
Baş Nazir Mamuka Baxtadze deyib ki, Gürcüstanda cinayətlərin sayı artmayıb.
Onun sözlərinə görə, 2012-ci ildə “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası hakimiyyətə gələndən sonra cinayətlərin qeydiyyatı prosesi yaxşılaşıb. Qeydiyyat daha dəqiq, şəffaf və konkret aparılır: “Bu məsələdə də Gürcüstan beynəlxalq standartlara yaxınlaşır”, - deyə Baş Nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırlaşır
00:52 18.03.2025
Dünya
Salyanda birmərtəbəli ev yanıb
00:36 18.03.2025
Hadisə
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
00:23 18.03.2025
Region
ABŞ hərbi texnikasının Ermənistana köçürülməsi… - Pentaqon
00:04 18.03.2025
Gündəm
Bu gün İlaxır çərşənbədir
00:00 18.03.2025
Cəmiyyət
Ağ Ev: ABŞ olmasaydı fransızlar indi almanca danışırdı
23:33 17.03.2025
Gündəm
Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatdı
23:17 17.03.2025
İdman
Gəncəni vurmaq əmrini o verib - Mnatsakanyan
23:09 17.03.2025
Gündəm
Ermənistan ordusu Kəlbəcəri atəşə tutdu
22:53 17.03.2025
Hərbi
Ağ Ev: Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar
22:37 17.03.2025
Siyasət
Ukrayna Rusiya ilə sülh danışıqlarında üç əsas məsələni açıqlayıb
22:22 17.03.2025
Gündəm
Kursk AES hələ də təhlükədədir? - Lixaçev
22:11 17.03.2025
Dünya
Antarktidada dəhşət - Alim "yırtıcı"ya çevrildi! - FOTO
22:01 17.03.2025
Maraqlı
Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı
21:54 17.03.2025
Cəmiyyət
BMT Əfqanıstandakı missiyasının mandatını uzadıb
21:42 17.03.2025
Siyasət
Leyla Əliyeva Bakı Psixologiya Mərkəzində olub - FOTO
21:33 17.03.2025
Cəmiyyət
Rusiya Sucadan 465 nəfəri təxliyə etdi
21:00 17.03.2025
Dünya
Ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb
20:53 17.03.2025
Hərbi
"Kuruluş Osman"ın aktyoru ata olacaq - FOTO
20:46 17.03.2025
Şou
Pos-terminallarda problem yarandı - Ödəniş etmək mümkün deyil
20:17 17.03.2025
Cəmiyyət
Tramp husilərə görə İranı hədələyib: Nəticələri çox ağır olacaq
20:11 17.03.2025
Dünya
Əli Əsədov Türkiyə səfiri ilə görüşdü
20:05 17.03.2025
Siyasət