Qəza yerinə gələn yol polisini digər avtomobil vurub: vəziyyəti ağırdı



Şirvan şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə gələn Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Babayev Toğrul 52 BK 773 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Polis əməkdaşı ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Sonuncu hadisəni törədən sürücünün əlil olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.