Azərbaycanlı qadın Türkiyədə qətlə yetirildi


Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı qətlə yetirilib.
APA -nın yerli bürosunun verdiyi məlumata görə, 60 yaşlı Afət Məmmədli ötən gecə yaşadığı evin qarşısında güllələnib. İlkin məlumata görə, hadisəni A.Məmmədli kirayə yaşadığı evin sahibi tərəfindən öldürülüb. Hadisə yerindən qaçan ev sahibi saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.