Masallıda qəzada iki ailənin hər birindən 3 nəfər ölüb



Masallıda qəzada 2 ailənin 6 üzvü həyatını itirib.
APA-nın cənub bürosunun xəbərinə görə, baş vermiş yol qəzası zamanı iki ailənin hər birindən 3 nəfər olmaqla 6 nəfər ölüb.
Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev bir, Gültac Ələkbər qızı Məmmədova (1996), Aytac Ələkbər qızı Məmmədova (1995) və Elgün Ələkbər oğlu Məmmədov (1997) isə bir ailənin üzvüdür.
Qeyd edək ki, Masallıda "KAMAZ" markalı avtomobilin "Mercedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəza nəticəsində, Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Gültac Ələkbər qızı Məmmədova (1996), Aytac Ələkbər qızı Məmmədova (1995) və Elgün Ələkbər oğlu Məmmədov (1997) həyatını itirib.