Goranboy sakini cərrahi əməliyyat zamanı ölüb


Gəncə şəhərində ölüm hadisəsi qeydə alınıb.

APA -nın yerli bürosu xəbər verir ki, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlüƏliyeva Samirə Yusif qızı Abbas Səhhət adına 1 saylı şəhər XəstəxanasınınCərrahiyyə şöbəsindəcərrahi əməliyyat zamanı ölüb.
Ölümün dəqiq səbəbləri məlum deyil.
Fakt Gəncə şəhər Prokurorluğunda araşdırılır.