“Hazırda Taxta bazarında 1500 kvadratmetrdən artıq sahə yanır”.
APA-nın məlumatına görə, bunu Bakının Taxta bazarında yanğın baş verən əraziyə gələn Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
O bildirib ki, yanğın nəzarətə götürülüb: "Yanğınsöndürmə işləri davam etdirilir. Əraziyə təxminən 25-dən artıq yanğınsöndürmə texnikası, 200-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcək".