Şəki və Xızı dağlarında baş verən yanğın söndürülüb
![](https://sherg.az//storage/posts/August2019/20092588090db4a1b715234ad6b6a90b.jpg)
Şəki və Xızının dağlıq ərazilərində baş verən yanğın söndürülüb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bundan başqa Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.