İranın İsfahan vilayətində 5 nəfər kanalizasiya quyusuna yıxılıb.
Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti Tibb Elmləri Universitetinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Qəfur Rastin jurnalistlərə açıqlamasında deyib.
Q.Rastinin sözlərinə görə, bir nəfər quyunu qazarkən onun içərisinə yıxılıb, sonra isə digərləri onu çıxarmaq üçün bir-bir kanalizasiya quyusuna düşüblər.
Q.Rastin əlavə edib ki, 13 metr dərinliyində kanalizasiya quyusuna yıxılan 5 nəfər müxtəlif xəsarətlər və qazdan boğulma ilə həlak olublar: "26-65 yaşlar arasında olan 5 nəfər bir ailənin üzvü və ya qohumdurlar".