Kürdəmirdə avtomobil aşıb, 3 nəfər xəsarət alıb 


Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir- İmişli yolunun Kürdəmirin Çöl-ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Şüşün kənd sakini, 1961-ci il təvəllüdlü Ramiz İbrahim oğlu Gülməmmədovun idarə etdiyi "Mercedes" markalı minik maşını hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. İdarəetməni itirən sürücü maşını aşırıb. Nəticədə sürücü və sərnişinləri - 1994-cü il təvəllüdlü Rüfət Mürvət oğlu Eyyubov, 1964-ci il təvəllüdlü Şahid Zakiroğlu Ağayev müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.