Ötən gün paytaxtda 4 yaşlı qız binanın 4-cü mərtəbədən yıxılıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsinin "Sülh" küçəsində qeydə alınıb.
Belə ki, 2016-cı il təvəllüdlü Ayan Hüseynli pəncərədəki tora toxunaraq yıxılıb. Hadisə şahidləri Ayanı dərhal xəstəxanaya çatdırıb.
Həkimlər uşağın vəziyyətinin ağır olduğunu bildirib.