Türkiyə dənizlərində ilk dəfə görülən balığa "Fənərbaxça" adı verilib



Türkiyə dənizlərində ilk dəfə görülən 31 santimetr uzunluğu, bir kiloqram ağırlığı olan balığa "Fənərbaxça" adı verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin İskəndərun Texnik Üniversiteti tərəfindən İskəndərun Körfəzində aparılan araşdırmalar zamanı dünya tibb ədəbiyyatında "Pomacanthus imperator" kimi tanınan balıq növünə rast gəlinib.

Bu canlının daha çox tropik dənizlərdə yaşadığı bildirilir.

Türkiyə dənizlərində ilk dəfə görünən canlının sarı-göy rəngdə, zolaqlı olması Türkiyənin məşhur "Fənərbaxça" futbol klubunun bayrağını xatırladır. Bu səbəbdən balığa futbol klubunun adı verilib.