Mingəçevirdə dəhşətli ölüm hadisəsi baş verib.
"Sherg.az" primetime.az-a istinadən xəbər verir ki, hadisə dünən Mingəçevir İstilik Elektrik Stansiyasında qeydə alınıb.
Belə ki, "SFV GROUP" MMC-nin işçisi 1972-ci təvəllüdlü Mustafayev Mehman təxminən 20-25 metr yüksəklikdən yerə düşərək dünyasını dəyişib.
Qeyd edilir ki, buna səbəb ayağının altındakı dəmirin qırılması olub.