Yuxusunda nişan üzüyünü uddu: Səhər oyananda şok oldu - FOTOLAR



 Yuxu gördüyü an barmağındakı 2.4 karatlık almaz nişan üzüyünü udan qadın səhər oyananda həyatının şokunu yaşayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, hadisə  sentyabrın 10-da ABŞ-ın San Diyeqo şəhərində baş verib. Yuxusunda, nişanlısı Bobby ilə sürət qatarında səfərdə olduğunu görən Jenna, "dələduz  adamlar onun üzüyünü oğurlamasın" deyə onu udur. 29 yaşlı Jenna səhər yuxudan oyananda üzüyünü barmağında görmür.



Gənc qadın demə  yuxusundakı kimi  üzüyünü gerçəkdən də udub. Nişanlısıyla birlikdə xəstəxanaya gedən Jenna rentgen müayinəsindən keçir. Üzük həqiqətən gənc qadının mədəsində idi.




Jenna, həkimlərə hadisəni nəql etməkdə belə çətinlik çəkir. Başına gələnləri facebook səhifəsindən paylaşan Jenna Evansın yaşadığı macəraya yüzlərlə şərh yazılıb və 60 min dəfə paylaşılıb. Digər yandan həkimlər Jennaya bir yuxu terapevti ilə görüşməsini tövsiyə edir. Jenna  yaxşı bir həkim tapana qədər indi gecələr üzüyünü çıxardaraq yatır.



Beş ildir birlikdə olan Jenna və Bobby, gələn ilin mayında Texasda evlənməyi planlaşdırır.

Turan