Bu gün metronun “Koroğlu” stansiyası yaxınlığında avtomobillə vurulan piyadanın şəxsiyyəti müəyyənləşib.
APA-nın məlumatına görə, araşdırmalar nəticəsində ölən piyadanın 1964-cü il təvəllüdlü Rzabala İmaməddin oğlu Nizaməddinov olması məlum olub.
***
Saat 06:33
Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, təxminən 45-50 yaşlı kişi (hələlik şəxsiyyəti bilinmir) piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan sürücü 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü S.Mahmudov saxlanılıb.